330x110
 

Millət vəkili bu halda məsulyyətdən azad oluna bilər – İzah

16.09.2020,16:18


16 sentyabr, Fineko/abc.az. Bundan sonra barəsində araşdırma aparılan deputatın vəzifələri müəyyənləşib.

ABC.AZ-ın məlumatına görə, Milli Məclisin İntizam Komissiyasında barəsində araşdırma aparılan deputat komissiyanın çağırışıyla iclasa gəlməlidir.

O cümlədən Komissiya üzvlərinin suallarını cavablandırmalıdır. Həmçinin etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmançılıq çəkdikdə və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər.