330x110
 

Agentlik iş adamlarına çağırış etdi – Qida məhsulları ilə bağlı

16.09.2020,16:23


16 sentyabr, Fineko/abc.az. Azərbaycana idxal olunan qida məhsulları müvafiq qaydada tanınan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə müşaiyət olunmalıdır.

ABC.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda qeyd olunub.

Agentlik fəaliyyətə başladığı dövrdən etibarən, müvafiq sahədə qanunvericiliyin tələblərinə riayət olunması və istehlakçıların hüquqlarının qorunması məqsədilə davamlı olaraq bioloji fəallığa malik qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində işlər aparır, görüşlər keçirir.

Lakin bəzi hallarda sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu müşahidə olunmaqdadır: “Belə ki, qanunvericiliyin tələbinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” ifadəsi qeyd edilməlidir. Həmçinin bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir".