Onun ixracı da azalıb – Hesabat

16:48 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Bu ilin 8 ayında (yanvar-avqust) Azərbaycandan ixrac olunan meşə fındığının həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkədən 9,9 min ton meşə fındığı ixrac edilib.

İxrac edilən məhsulun dəyəri 60,6 milyon dollar olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin 8 ayında dəyəri 76,9 milyon dollar olmaqla 14,1 min ton meşə fındığı ixrac edilmişdi.

 

Bütün xəbərlər