Azərbaycanda sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil – Deputat

17:07 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Qonşu dövlətlərdə koronavirusa yoluxma sayının artmasına baxmayaraq Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil.

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov Gürcüstandakı yoluxma vəziyyətinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, artıq iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri də müşahidə olunur.

Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir.

Bu baxımdan, növbəti mərhələdə də yeni stadartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədə uyğun olardı.

"Pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunadır. Bu kontekstdən işləməsinə hələlik icaizə verilməyən sahibkarlq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir" deyə deputat qeyd edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər