Azərbaycanın ən çox xarici ticarət dövriyyəsində olduğu ölkələr – Siyahı

17:23 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi bu ilin 7 ayı ilə bağlı hesabat yayıb.

Qurumdan ABC.AZ-a daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 87,6% İtaliya, Türkiyә, Rusiya, Çin, Ukrayna, ABŞ, Hindistan, Almaniya, İsrail, Xorvatiya, Yunanıstan, Gürcüstan, İspaniya, Çexiya, Birləşmiş Krallıq, İran, Tunis, Vyetnam, İsveçrə, Fransa ilә aparılmış ticarət әmәliyyatlarının payına düşüb.

Ölkəyә idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4% Rusiyanın, 14,7% Türkiyənin, 13,2% Çinin, 7,9% ABŞ-ın, 5,1% Almaniyanın, hәr biri 4,2% olmaqla İtaliya vә Ukraynanın, 3% Birləşmiş Krallığın, 2,7% İranın, 1,9% Yaponiyanın, hər biri 1,8% olmaqla Koreya və Fransanın, 1,4% Hindistanın, 1,1% Belarusun, hər biri 0,9% olmaqla İsveçrə, Polşa vә Niderlandın, 15,9% isə digər ölkələrin payına düşüb.

 

Bütün xəbərlər