Ən çox ixrac yenə də İtaliyaya olub – 8 ayın nəticələri

17:30 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi Dövlət Gömrük Komitəsi bu ilin 8 ayı ilə bağlı bəzi xarici və daxili əməliyyatlarla bağlı hesabat yayıb.

ABC.AZ Komitəyə istinadən xəbər verir ki, sözügedən dövrdə idxalın 65 faizini avtomobil, 19,6 faizini dəmir yolu, 10,9 faizini hava, 4,4 faizini dəniz nəqliyyatı ilә gətirilmiş, 0,1 faizini isə boru kəməri vә elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. İxracın 32,1 faizini İtaliyaya, 18,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Çinə, 4 faizini Hindistana, 3,9 faizini İsrailə, 3,7 faizini Xorvatiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Gürcüstana, 3 faizini Ukraynaya, 2,5 faizini İspaniyaya, 2,1 faizini Çexiyaya, 1,9 faizini Tunisə, 1,5 faizini Vyetnama, 1,4 faizini Portuqaliyaya, 1,3 faizini Almaniyaya, 1,2 faizini İsveçrəyə, 1,1 faizini Avstriyaya, 6,3 faizini isә digәr ölkələrə göndәrilmiş mәhsulların dəyəri təşkil edib.

 

Bütün xəbərlər