Daha yaxşı səhiyyə üçün maliyyə resurslarının səmərəliliyi artırılmalıdır – Dünya Bankı

10:27 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Təhsil sektorunda insan kapitalının inkişafı problemlərinin öhdəsindən gəlmək üçün Azərbaycanda uşaqların erkən təhsil proqramlarına cəlb olunmasının genişləndirilməsi və ali təhsilin aktuallığının yaxşılaşdırması lazımdır.

Bu barədə Dünya Bankının hesabatında deyilir.

DB-nin Azərbaycandakı nümayəndəliyindən ABC.AZ-a verilən məlumata görə, səhiyyə sahəsində sistemin xroniki xəstəliklərə reaksiyası gücləndirilməli və daha yaxşı səhiyyə xidmətlərini təmin etmək üçün maliyyə resurslarının səmərəliliyi yüksəldilməlidir.

"Sosial müdafiə və məşğulluq sahəsində ölkənin ən həssas təbəqələrini dəstəkləmək üçün sosial yardıma investisiyaları artırmaq və aktiv əmək bazarı proqramlarının əhatə dairəsini və miqyasını genişləndirmək lazımdır" deyə DB-nin hesabatında qeyd olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər