Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi hostellərin fəaliyyətini dəstəkləyəcək

13:06 - 31.01.2018


31 yanvar, Fineko/abc.az. Azərbaycanda hostellərin fəaliyyətinin təşviq edilməsi üzrə təkliflər hazırlanır.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, hazırda Azərbaycanda, tutumu 20 yerdən 100 yerə qədər olan yüzə yaxın hostel fəaliyyət göstərir.

“Otellərlə müqayisədə, hostellər daha aşağı qiymətlər təklif edirlər və buna görə də Mədəniyyət və Turizm Nazirliyi hazırda onların fəaliyyəti ilə bağlı məhdudiyyətlərin ləğv edilməsi üzərində işləyir”, - nazir belə deyib.

 

Bütün xəbərlər