Deputat ölkədəki internetdən narazılıq etdi – Trafik faktiki olaraq yoxdur

10:58 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün növbəti iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda deputat Hikmət Məmmədov ölkədə internet xidmətindən narazılıq edib.

H.Məmmədov bildirib ki, bu yaxınlarda ZOOM proqramı vasitəsilə konfransa qatılmaq istəsə də, bu baş tutmayıb: “Mən dərhal texniki işçiləri çağırdım. Məlum oldu ki, həmin provayder müqavilədə göstərildiyindən çox internet verir, ancaq bu trafik faktiki olaraq yoxdur. Müqaviləni elə kiçik şriftlərlə yazırlar ki, başa düşmək olmur”.

 

Bütün xəbərlər