Pensiya sistemində bu islahatlar aparılacaq – Detallar

11:10 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Azərbaycanda pensiya sistemində bir sıra yeniliklər gözlənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə,  pensiya sistemində aşağıdakı istiqamətlərdə islahatlar aparılacaq:

- pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən, yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsi,

- ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi,

- ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvünün özünün  pensiya və ya müavinət hüququ yarandıqda, həmin vaxta  qədər aldığı, yəni ailə başçısını itirməyə görə onun payına düşən pensiya məbləğinin digər ailə üzvləri arasında bölüşdürülməsi,

- Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığının artırılması,

- Pensiyanın yenidən hesablanmasında pensiyaçıların mənafeyinə uyğun mexanizmin tətbiqi,

- Pensiya təyinatları sahəsində proaktiv xidmətlərin genişləndirilməsi və  pensiyanın yenidən hesablanmasının avtomatlaşdırılması. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər