330x110
 

Bu quruma yeni komitə sədri seçildi – TƏYİNAT

17.09.2020,11:43


17 sentyabr, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinə yeni sədr seçilib.

ASA-dan ABC.AZ-a verilən məlumata görə, bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinin növbəti iclası keçirilib.

İclasın gündəliyində duran əsas məsələlərdən biri komitə sədrliyi ilə bağlı olub. Bu vəzifəyə ASA-nın hüquqşünası Əziz Əlizadə seçilib.

Qeyd edək ki, Ə.Əlizadə əmək fəaliyyəti ərzində müxtəlif yerli və xarici şirkətlərin menecmentində təmsil olunub.

Müəllif: Elmir Murad