Gürcüstanda 1 gündə 179 nəfər koronavirusa yoluxub – Statistika

11:57 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Gürcüstanda daha 179 nəfər COVİD 19-a yoluxma halı qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün ötən günlə müqayisədə daha az yoluxma qeydə alınıb.

Belə ki, ötən gün 196 yoluxma halı aşkar olunmuşdur. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 10 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 2.937 nəfərə çatıb. Onlardan 1,422 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 19 nəfər sözügedən virusdan həyatını itirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər