Valyuta hərracında AMB banklara $73,3 mln. satıb

12:43 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 17-də keçirilən valyuta hərracında banklara $73,3 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $73,3 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

 

Bütün xəbərlər