AzerGold xalqa açılır – Yeni istiqrazlar buraxacaq

14:01 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilk dəfə olaraq dövriyyəyə istiqrazlar buraxacaq.

Qurumdan ABC.AZ-a verilən məlumata görə, Cəmiyyət tərəfindən dağ-mədən sektorunun stabil inkişafı və dünya bazarlarında qızıl və gümüşün qiymətinin kəskin artımı fonunda yüksək mənfəətli yeni istiqrazların tədavülünə hazırlıq görülür.

Belə ki, geniş xalq kütləsinin əldə edə biləcəyi “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi isə 4 % təşkil edir. İstiqrazların tədavül müddətinin 3 il olması, istiqraz sahiblərinə faiz dərəcələrinin isə 3 aydan bir ödənilməsi planlaşdırılır. Emissiyanın ümumi həcmi 20,000,000 ABŞ dolları təşkil etməsi gözlənilir.

İstiqrazların satışı kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər