Ölkədən xeyli xarici valyuta çıxarılmasının qarşısı alınıb

14:37 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Xeyli miqdarda valyutanın Azərbaycan gömrük sərhədindən bəyan edilmədən və gizli keçirmə cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib.

Yoxlama zamanı sərnişinin bel çantasının içərisində “Gəncə paxlavası” yazılan qutunun altından sellofan paketə bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş 105 min ABŞ dolları aşkar edilib.

 

Bütün xəbərlər