Gürcüstan hava uçuşlarını bərpa edir?

16:47 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Oktyabrın 1-dən etibarən Gürcüstandan Latviyaya birbaşa uçuşlar başlayacaq.

ABC.AZ-ın məlumatına görə, bunu baş nazir Giorgi Qaxaria Qurumlararası Koordinasiya Şurasının İclasından sonra deyib.

Nazirin sözlərinə görə, uçuşlar Kutaisi hava limanından həftədə bir dəfə həyata keçiriləcək: "İlkin müzakirələrlə daha bir istiqamətə birbaşa uçuşları açmaq qərarına gəldik. Bildiyiniz kimi, Tbilisidən birbaşa uçuşlar beynəlxalq aviaşirkətlər və eləcə də milli aviadaşıyıcımız üçün açıqdır. Bundan başqa, oktyabrın 1-dən Kutaisidən Riqaya birbaşa uçuşların bərpasına qərar verdik".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər