330x110
 

Turizm sahəsində yeni layihələr olacaq – Anons

17.09.2020,17:01


17 sentyabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən 70-ə yaxın turizm nümayəndəsinin qatıldığı virtual görüş keçirilib.

ABC.AZ xəbər verir ki, ATB-in Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov iştirakçılara yeni layihələr barədə danışıb.

B.Əsgərov təqdim olunan bu layihələrin turizm sənayesinin bərpa edilməsinə dəstək olacağını, eyni zamanda müxtəlif turizm məhsullarının tanıdılması üçün yeni imkanlar açacağını deyib.