330x110
 

Mədəniyyət sahəsində yeni strategiya hazırlanmalıdır – Anar Kərimov

17.09.2020,17:26


17 sentyabr, Fineko/abc.az. Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında mədəniyyət naziri səlahiyyətlərini icra edən Anar Kərimov da iştirak edib.

ABC.AZ-ın məlumatına görə, iclasda A. Kərimov mədəniyyət sahəsinin strateji bir istiqamət olduğunu qeyd edib.

"Prezidentin tapşırğı ondan ibarətdir ki, bu istiqamətdə fəaliyyətimizi gücləndirək. Yeni strategiya hazırlanmalı və bu bizim üçün yol xəritəsi olmalıdır. Biz islahat üçün işçi qrupu təsis etmişik. Bu qrupa yerli və xarici ekspertlər dəvət edilib".