330x110
 

Şəkidə koronavirusa görə bazar bağlana bilər – TƏBİB həyəcan təbili çalır

17.09.2020,17:29


17 sentyabr, Fineko/abc.az. Şəkidə “Bazar” adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.

TƏBİB-dən ABC.AZ-a daxil olan məlumata görə, həmin ərazidə 01.09.2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronovirus testi pozitiv olub.

Hal-hazırda məsələ ilə bağlı araşdırma aparılır. Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, bazarın müvəqqəti bağlanması məsələsinə baxıla bilər.