330x110
 

“Şəki Bazar”-ı bağlandı – Yoluxmaya görə

18.09.2020,10:13


18 sentyabr, Fineko/abc.az. Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVİD-9 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə  mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, “Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanıb, bu müddət ərzində isə bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcəkdir.

Müəllif: Elmir Murad