Azərbaycan bu ölkə ilə razılıq əldə etdi – Avtodaşıyıcılıq sahəsində

10:45 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Azərbaycan ilə İran tərəfi avtodaşıyıcılar tərəfindən “İcazə” blanklarının istifadə edilməsinin statistik təhlili və mövcud şəraitdə daşımaların inkişaf perspektivləri məsələləri müzakirə edilərək, müvafiq razılıq əldə ediblər.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) ABC.AZ-a verilən məlumata görə, tərəflər həmçinin beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, infeksiyanın yayılmaması məqsədilə hər iki ölkənin hökumətləri tərəfindən tətbiq edilən qaydalara riayət edilməsi, yük daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yollarını müzakirə ediblər.

 

Bütün xəbərlər