“WhatsApp”-ın işində problem – Toplu çatlardan istifadəçilər yox olur

11:56 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. “WhatsApp” mesencerinin beta versiyasında dünya boyu nasazlıq ortaya çıxıb.

ABC.AZ xəbər verir ki, toplu çatlardan istifadəçilər yox olmağa başlayıb.

Bəzi istifadəçilər “Twitter”dən bildirirlər ki, başqa istifadəçi hər hansı ismarıc göndərəndə onlar çatda yenidən görünməyə başlayıb.

Bununla yanaşı, Hindistandan bir istifadəçi “WhatsApp” vasitəsilə şəkil çəkə bilmədiyini açıqlayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər