Bakının bu ərazisində yollar təmir olunacaq – Prezidentdən Sərəncam

12:33 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Prezident İham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 10,05 milyon (on milyon əlli min) manatı ayrılıb.

 

Bütün xəbərlər