Azərbaycanın strateji valyuta ehtiyatları bu qədərdir – Məbləğ

14:18 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Azərbaycanın strateji valyuta ehtiyatlarında artım müşahidə olunur.

ABC.AZ Mərkəzi Bankının yaydığı məlumata istinadən xəbər verir ki, aşağı neft qiymətlərinə baxmayaraq ilin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır.

Bu isə strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatları 51.4 milyard ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0.6% çoxdur.

Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3.7% artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər