330x110
 

Fermerlər fındıq yığımı ilə bağlı nazirdən kömək istədi – İclas

18.09.2020,14:33


18 sentyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyində fındıq istehsalı və ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslərlə onlayn videokonfrans keçirilib.

ABC.AZ-ın məlumatına görə, Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, görüşün əsas məqsədi fermerlərin üzləşdikləri çətinlikləri müzakirə edərək həllinə nail olmaqdır.

Fındıqçılığın aqrar sektorda xüsusi yeri olduğunu deyən nazir fındıq məhsullarının ixracatda mühüm rol oynadığını xatırladıb.

Bildirilib ki, yaxın günlərdə fındıq yığımının aktiv mərhələsi başlayacaq. İştirakçılar fındığın yaş formada erkən yığımının məhsuldarlığa mənfi təsir etdiyini bildirib, bununla bağlı fermerlər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıblar.

Müəllif: Elmir Murad