Yoluxanların sayı açıqlandı – 1 nəfər öldü

15:37 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 1 nəfər COVID-19-dan vəfat edib.

 

Bütün xəbərlər