Səkkiz ayda nə qədər plastmas məmulatları ixrac edilib?

16:03 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Yanvar-avqust aylarında  Azərbaycandan ixrac olunan plastmas və onlardan hazırlanan məmulatların miqdarı açıqlanıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə 160,9 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

ixrac olunan məhsulun dəyəri 118,5 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, keçən ilin eyni dövründə 136,8 milyon dollar dəyərində 184,4 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər