Şəkər tozu ixracı kəskin azalıb – Hesabat

16:35 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında ölkədən 27,3 min ton şəkər tozu ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən şəkər tozunun dəyəri 11,5 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 20,1 milyon dollarlıq 46,5 min ton şəkər tozu ixrac edilib.

 

Bütün xəbərlər