330x110
 

Sahibkarlar Elman Rüstəmovdan xahiş etdi – Banklarda qalan vəsaitlər qaytarılsın

18.09.2020,17:16


18 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank idarə heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının onlayn formatda növbəti iclası keçirilib.

ABC.AZ xəbər verir ki, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bağlanmış banklarda sahibkarların qalan vəsaitlərinin qaytarılması məsələsini qaldırıb.

O, xüsusilə sahibkarların dövriyyə kapitalının çatışmazlığının həlli, bu məsələdə çeklərlə hesablaşmalardan aktiv istifadə, nağdsız hesablaşmalarda qarşıya çıxan problemlərin tənzimlənməsi, məhkəmələrdə çoxsaylı mübahisələrə baxılmasının sürətləndirilməsi, qanunvericiliklə bağlı bir sıra dəyişikliklərin aparılması kimi istiqamətlərə diqqət çəkib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov iclasda bildirib ki, irəli sürülən təkliflər hərtərəfli öyrəniləcək, həmin istiqamətlər üzrə birgə işlərin aparılması davam etdiriləcək.