“Expressbank” 2017-ci ili 2 milyon manatdan çox mənfəətlə yekunlaşdırdı

17:09 - 31.01.2018


31 yanvar, Fineko/abc.az. Azərbaycanın kommersiya bankı “Expressbank” 2017-ci il üzrə fəaliyyətin yekunlarını açıqladı.

Dərc edilmiş auditor hesabatına əsasən, 2017-ci ilin yekunlarına görə, “Expressbank”ın cəmi aktivləri 314 mln. AZN, cəmi kapitalı 144 mln. AZN təşkil edir.

“Bank  2017-ci ili 2,026 milyon manat həcmində xalis mənfəətlə başa vurmuşdur”, - hesabatda belə deyilir.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.

 

Bütün xəbərlər