Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycan 4-cüdür – Hesabat

11:46 - 21.09.2020


21 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 594 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ-ın report-a istinadən məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Gürcüstanın ümumi ticarət dövriyyəsində 8,5% payla Azərbaycan qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yerdə qərarlaşıb.

İllik müqayisədə Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 13% azalıb.

 

Bütün xəbərlər