330x110
 

Qonşu ölkədə COVİD 19 xəstələrinin sayı artır – 193 nəfər yeni yoluxan var

21.09.2020,12:01


21 sentyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında yenidən artım var.

ABC.AZ-ın məlumatına görə, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının Tibbi Direktoru Marina Ezuqbaia açıqlama verib.

O qeyd edib ki, son 24 saat ərzində ölkə üzrə 193 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 40 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 3,695 nəfərə çatıb.

Onlardan 1,534 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 20 nəfər sözügedən virusdan həyatını itirib. Hazırda ölkə üzrə karantində, 4,988 stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Müəllif: Elmir Murad