Gürcüstanın Azərbaycana ixracı azalıb – 12 faizə yaxın

12:05 - 21.09.2020


21 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 309,5 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

ABC.AZ-ın reporta istinadən məlumatına görə, illik müqayisədə Gürcüstanın Azərbaycandan idxalında 15,7% azalma qeydə alınıb.

Hesabat dövründə Azərbaycanın Gürcüstanın ümumi idxalındakı payı 6,3% olub.

Bu payla Azərbaycan qonşu ölkənin Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V əsas idxal tərəfdaşı olub.

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 284,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 11,9% azalıb.

8 ay ərzində Azərbaycan Gürcüstanın ümumi ixracında 13,7% payla qonşu ölkənin Çindən sonra II əsas ixrac tərəfdaşı olub.

 

Bütün xəbərlər