330x110
 

Badamdarda yolların təmirinə pul ayrıldı – Sərəncam

21.09.2020,12:31


21 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamla Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,9 milyon manat ayrılıb.