Trampın açıqlaması İran pulunu daha da ucuzlaşdırdı - Rial dəyər itirməkdə davam edir

15:14 - 21.09.2020


21 sentyabr, Fineko/abc.az. İran milli valyutası daha da ucuzlaşıb.

ABC.AZ-ın məlumatına görə, buna səbəb ABŞ Prezidenti Donald Trampın açıqlaması olub.

Belə ki, ABŞ prezidentinin İran üzərindəki bütün Birləşmiş Millətlər Təşkilatı (BMT) sanksiyalarının yenidən qüvvəyə minəcəyi barədə açıqlaması İran rialının yenidən dəyər itirməsinə gətirib çıxarıb. Hazırda İranda bir dollar 267 800 rialdan 273 200 riala yüksəlib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər