Qadınlar üçün yaş həddi artırılacaq – Gələn ildən

15:18 - 21.09.2020


21 sentyabr, Fineko/abc.az. Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur.

ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

Hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır deyən qurum rəsmisi qeyd edib ki, kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir: "Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq, pensiyaya çıxma imkanı əldə edə biləcəklər. Qadınlar üçün isə 62 yaş 30 iyun 2021-ci il tarixinə kimi qüvvədə qalacaq. Ondan sonra isə pensiya üçün yaş həddi 6 ay artırılacaq”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər