“Royal Park”-da bədbəxt hadisə - Fəhlə dəmir boru üzərinə düşərək ölüb

15:19 - 21.09.2020


21 sentyabr, Fineko/abc.az. Sentyabrın 19-da saat 20 radələrində Yasamal rayonu ərazisində Polad Eynullayevin üzərinə dəmir boru düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon Prokurorluğundan ABC.AZ-a verilən məlumata görə, aparılmış araşdırmalarla Yasamal rayonu ərazisində yerləşən “Royal Park” yaşayış massivinin “A” blokunda tikinti işlərinin aparıldığı evdə fəhlə işləyən Polad Eynullayevin sıvay-qazma işləri apararkən dəmir borunun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

 

Bütün xəbərlər