SOCAR Polymer MMC-nin direktoru vəzifəsindən azad edildi – Yeni təyinat

15:34 - 21.09.2020


21 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsi – “SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov vəzifəsindən azad edilib.

ABC.AZ report-a istinadən xəbər verir ki, Şirkətə rəhbərlik onun müavini Fuad Əhmədova həvalə olunub.

Qeyd edək ki, F.Cəfərov həm də SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəridir, şirkətin qonşu ölkədə həyata keçirdiyi layihələrin idarə edilməsi ilə məşğuldur.

Onun iş həcminin çox olduğu nəzərə alınaraq və Rusiyadakı layihələrə daha çox vaxt ayırması məqsədi ilə Azərbaycandakı işindən azad edilməsinə qərar verilib. 

 

Bütün xəbərlər