330x110
 

DİM Kollecə qəbul olmaq istəyənlərə müraciət etdi – İxtisas seçimi olacaq

21.09.2020,15:44


21 sentyabr, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi 11-ci sinif təhsil bazasında kollecə qəbul olmaq istəyən, lakin ərizəsində bununla bağlı müvafiq bəndi qeyd etməyən abituriyentlərə müraciət edib.

ABC.AZ-ın məlumatına görə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə ərizələrinə daxil olub həmin bəndi əlavə etməyə icazə verilib.

Müsabiqə şərtlərini ödəmiş abituriyentlər kolleclərə qəbul olmaq üçün ixtisas seçimi başa çatanadək müvafiq qeydi edib ixtisas seçimində iştirak edə biləcəklər. İxtisas seçimi tarixləri haqqında məlumat veriləcək.