Azərbaycan bu ölkədən pivə ixracını artırıb – Hesabat

15:56 - 21.09.2020


21 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstanın Azərbaycana ixrac etdiyi pivənin həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, sözügedən dövrdə Gürcüstan Azərbaycana 313,2 ton pivə ixrac edib.

Hesabat dövrü ərzində Gürcüstandan Azərbaycana ixrac edilən pivənin dəyəri 298,3 min dollara bərabər olub.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 18,5 min dollar və ya 6,6%, həcm baxımından isə 35,8 ton və ya 12,9% artıq deməkdir. Belə ki, ötən ilin ilk səkkiz ayında Gürcüstandan Azərbaycana 279,8 min dollarlıq 277,4 ton pivə ixrac edilib.

 

Bütün xəbərlər