330x110
 

Gürcüstanın Azərbaycandan idxal etdiyi neftin dəyəri azalıb - 34%

21.09.2020,17:30


21 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft yağlarının dəyəri illik müqayisədə 34% və ya 23 071,4 min dollar azalaraq 44 598,9 min dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat verib.

Qeyd olunub ki, idxal edilən məhsulun həcmi illik müqayisədə 24 667,5 ton və ya 20,1% artaraq 147 431 ton təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində isə Gürcüstan Azərbaycandan 67 670,3 min dollar dəyərində 122 763.5 ton neft və neft yağları idxal edib.

Müəllif: Elmir Murad