Neft ucuzlaşır, Brent bir barelə $41,32 təşkil edir

10:05 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Liviyanın şərqində hasilatın bərpası ilə bağlı narahatlıqlar səbəbindən ötən gün kəskin azaldıqdan sonra çərşənbə axşamı ticarət zamanı neftin qiyməti azalır.

9:25-də London ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersi  $0,12 (0,29%) – barrel başına $41,32-ə qədər düşüb. Sentyabrın 21-də keçirilən ticarətin nəticələrinə görə, onun qiyməti $1,71 (3,96%) – barrel başına $41,44-a düşüb.

9: 20-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin oktyabr ayına olan fyuçers ticarətində 0,09 (0,23%) – bir barel üçün $39,22-a qədər aşağı düşdü. Ticarətin nəticələrinə görə, sentyabrın 21 – də müqavilənin qiyməti $1,80 (4,38%) - barel başına $39,31-a düşüb.

Dow Jones agentliyinin məlumatına əsasən, Liviyanın National Oil Corp. şirkəti, Liviya Milli Ordusunun komandanı Xəlif Haftar Tripolidə hökumətlə razılaşmaya nail olunması nəticəsində neft yataqlarının və limanlarının səkkiz aylıq blokadasının çıxarıldığını elan etdikdən sonra, ölkənin şərqində hasilatın bərpa olunduğunu bildirdi.

 

Bütün xəbərlər