Benzin və dizellə işləyən avtomobillərin satışını dayandıracaq ölkələr - Siyahı

10:30 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Böyük Britaniya hökuməti benzin və dizel avtomobillərinin satışını daha tez 2030-cu ildən tam dayandıra bilər.

ABC.AZ xəbər verir ki, baş nazir Boris Conson koronavirus pandemiyasından sonra yaşıl iqtisadiyyatın bərpasına rəvac vermək üçün bu payızda elektromobillərə keçməyi tezləşdirmək barədə açıqlama verib.

Belə ki, hökumət bu məsələdə planları bu həftədən etibarən hazırlamağı güman etsə də, koronavirusa yoluxmaların artması səbəbindən məsələ ilin sonunadək təxirə salınır.

Qeyd edək ki, benzin və dizel avtomobillərinin satışına son vermək planları həmçinin Norveçdə 2025-ci ildən, Almaniya, İrlandiya, Niderlandda 2030-cu ildən, Fransada 2040-cı ildən həyata keçiriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər