330x110
 

Səkkiz ayda bu qədər neft hasil edilib – Hesabat

22.09.2020,11:02


22 sentyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

ABC.AZ Energetika Nazirliyinin yaydığı məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,8 milyon ton az olub.

Ölkə üzrə hasil edilmiş neftin 16 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.

Müəllif: Elmir Murad