330x110
 

Azərbaycanın ixrac etdiyi neftin həcmi azalıb – 8 ayın hesabatı

22.09.2020,11:07


22 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Energetika Nazirliyi bu ilin 8 ayının (yanvar-avqust) hesabatını yayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə 19,2 milyon ton Azərbaycan neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bu 2019-cu ilin yanvar-avqust aylarına nisbətən, təxminən, 1,7 milyon ton, yəni 8 faiz azdır.

Neft-kondensatın 18,4 milyon tonu konsorsium, 0,8 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Müəllif: Elmir Murad