Neft istehsalı azalsa da, qaz hasili artıb – Həcm

11:31 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Energetika Nazirliyi bu ilin 8 ayının (yanvar-avqust) neft və qaz hasili, ixracı ilə bağlı hesabat yayıb.

ABC.AZ-ın məlumatına görə, 2020-ci ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz, yəni 2 milyard kubmetr artımla 25,1 milyard kubmetr qaz hasil edilib.

Qaz hasilatının 7,9 milyard kubmetri AÇG-dən, 12,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib.

SOCAR üzrə bu dövrdə 4,9 milyard kubmetr qaz hasil olunub.

 

Bütün xəbərlər