330x110
 

Azərbaycanın ən çox qaz satdığı ölkələr – Siyahı

22.09.2020,11:50


22 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi Energetika Nazirliyi bu ilin 8 ayının (yanvar-avqust) neft və qaz hasili, ixracı ilə bağlı hesabat yayıb.

ABC.AZ-ın məlumatına görə, bu dövrdə xaricə qaz satışı 8,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çoxdur.

Cari ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 25,3 faiz çox, yəni 7,2 milyard kubmetr qaz ixrac edilib.

Gürcüstana ixrac edilən qazın həcmi 1,5 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.

Müəllif: Elmir Murad