Prezident 2 qəsəbəyə 8,3 milyon manat ayırdı – Sərəncam

12:22 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamda Bakı şəhəri Sabunçu rayonunun Nardaran və Zabrat qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,3 milyon (səkkiz milyon üç yüz min) manatı ayrılması tapşırılıb.

 

Bütün xəbərlər