BTQ üçün yeni yol ötürücüləri inşa olunub – 18 ədəd

12:30 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində 18 yeni yol ötürücüsü inşa olunub.

ABC.AZ xəbər verir ki, bu barədə layihənin Gürcüstan tərəfindəki rəhbərliyindən bildirilib.

Mövcud 36 yol ötürücüsünün 8-i isə təmir-bərpa olunub.

İnşaat işlərində həm dəmir beton, həm də büzülmüş metal konstruksiyalardan istifadə edilib.

 

Bütün xəbərlər