330x110
 

Azərbaycan Mərkəzi Bankı valyuta hərracında banklara $72,9 mln. satıb

22.09.2020,12:46


22 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında banklara $72,9 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $72,9 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.